İran Futbol Federasiyası 2026-cı il dünya çempionatının qrup mərhələsində ABŞ-da keçirilməsi planlaşdırılan oyunların Meksika ərazisinə köçürülməsini istəyir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə İranın Meksikadakı səfirliyinin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
Federasiya prezidenti Mehdi Tadj qeyd edib ki, ABŞ prezidenti Donald Trump İran millisinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bəyan edib:
“Trampın bu açıqlamasından sonra ABŞ-a getməyəcəyimiz dəqiqdir. Biz FIFA ilə danışıqlar aparırıq ki, oyunlar Meksikada keçirilsin”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə olaraq üç ölkədə – ABŞ, Kanada və Meksika təşkil olunacaq. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.