EN

“Kinjal” raketləri ilə silahlanmış MiQ-31 təyyarəsi Yapon dənizi üzərindən uçub

“Kinjal” hipersəs raketləri ilə silahlanmış MiQ-31 təyyarəsi Yapon dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Kinjal” hipersəs aeroballistik raketləri ilə silahlanmış MiQ-31 təyyarəsi Yapon dənizinin neytral suları üzərindəki hava məkanında planlı uçuş həyata keçirib. Uçuş zamanı MiQ-31 ekipajları uçuş zamanı havada yanacaq doldurmanı məşq ediblər. Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilib, - Müdafiə Nazirliyindən bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
62
herbiand.az

1Sources