EN

Yanğında 2 yaşlı uşaq həlak oldu

İstanbulun Beyoğlu rayonunda iki mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında 2 yaşlı uşaq həyatını itirib, 2 nəfər xəsarət alıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə polis, təcili yardım və yanğınsöndürənlər göndərilib.

Xilasetmə əməliyyatı nəticəsində evdə olan 2 nəfər xilas edilib, lakin 2 yaşlı uşaq alovların arasında qalaraq həyatını itirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Chosen
73
azedu.az

1Sources