Bu, ədalətsizdir. Müharibəni biz qazandıq, amma İran Hörmüz boğazını bağlayır. Belə olmaz.
Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu, onların tərəfindən ədalətli deyil. Biz artıq qalib gəlmişik! Onların etdiklərini davam etdirməyə haqları yoxdur”, - Tramp bildirib.
Qeyd edək ki, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata 28 fevralda başlayıb.
İran İsrailə və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələrlə cavab verir. Eyni zamanda, Hörmüz boğazını “düşmənlər üçün” bağlayıb.