EN

Ombudsmanın insan hüquqları sahəsində qanunvericilik prosesində iştirakı qanunla təmin ediləcək

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Ombudsmanın Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlığının əhəmiyyətindən irəli gələrək, onun insan hüquqları ilə bağlı qanun layihələrinin müzakirəsində iştirak etməsi və rəy bildirməsi hüququnun qanunvericiliklə təsbit edilməsi nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, məlumata görə, bu təşəbbüs insan hüquqlarının qorunması mexanizmlərinin gücləndirilməsinə və qanunvericilik prosesində şəffaflığın artırılmasına xidmət edəcək.

Xatırladaq ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
icma.az

1Sources