EN

“Barselona”nın prezidenti baş məşqçi ilə müqavilənin yenilənəcəyini açıqlayıb

Bakı, 17 mart, AZƏRTAC

İspaniyanın “Barselona” komandası baş məşqçisi Hans-Diter Flik ilə müqavilənin müddətini uzatmağa yaxındır.

AZƏRTAC xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta məlumat verib.

“Fliklə yaxşı münasibət çox vacibdir. Düşünürəm ki, o, daha 5 il "Barselona"da qala bilər. Şəhərdə özünü evindəki kimi hiss edir və enerjildir”, - deyə funksioner qeyd edib.

“Barselona” 61 yaşlı mütəxəssislə 2028-ci ilədək yeni müqavilə imzalamaq istəyir.

Almaniyalı çalışdırıcının İspaniya nəhəngi ilə hazırkı sözləşməsi bu mövsümün sonuna kimidir.

Chosen
38
1
azertag.az

2Sources