EN

Peskov: "Rusiya Kubaya yardım etməyə hazırdır"

“Rusiya Kubaya hərtərəfli yardım göstərməyə hazırdır”.

“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Moskva ABŞ-nin tətbiq etdiyi embarqo fonunda Kubaya bütün mümkün dəstəyi göstərməyə hazırdır.

Peskov qeyd edib ki, bu istiqamətdə məsələlər Kuba tərəfi ilə müzakirə olunur və əlaqələr davam etdirilir.

Onun sözlərinə görə, Kuba hazırda böyük humanitar problemlərlə üzləşir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Kubaya qarşı yeni sanksiyaları qəbuledilməz adlandıraraq, bu məsələdə ölkəsinin mövqeyinin aydın olduğunu bəyan etmişdir.

Chosen
26
1
cebheinfo.az

2Sources