EN

100 milyonluq Lopes

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin bazar dəyəri 30 milyon avro artaraq 100 milyon avroya çatıb.

Msport.az xəbər verir ki, oyunçunun dəyərindəki artım yarımmüdafiəçinin komanda üçün artan əhəmiyyəti ilə bağlıdır.

Bu da onun Çempionlar Liqası oyunlarının start heyətində yer alması ilə bağlıdır. Lopes yüksək intensivlik nümayiş etdirir, davamlı olaraq pressinq edir və hücum bacarığına əlavə olaraq geniş müdafiə funksiyalarını yerinə yetirir.

Qeyd edək ki, Fermin Lopes bu mövsüm 37 matçda 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Chosen
29
4
msport.az

5Sources