EN

Cəlilabadda Kia Rio ilə Changan toqquşdu Ölən var

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobillə digər rayon sakini Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb, "Changan" markalı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
8
unikal.az

10Sources