EN

Metronun “Nizami” stansiyasının qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edilib VİDEO

Bakı, 17 mart, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda, metronun “Nizami” stansiyasının qarşısında daha 4 kəsişmədəki işıqforlara velosiped bölmələri quraşdırılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mikromobilliyin inkişafı istiqamətində görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsinin Bəsti Bağırova, Əli bəy Hüseynzadə və Salatın Əsgərova küçələri ilə kəsişmələrində, həmçinin Şıxəli Qurbanov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsindəki mövcud işıqforlara 8 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan yaradır.

Chosen
67
2
azertag.az

3Sources