AZ

“Nizami” metrosu qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, paytaxtın Yasamal rayonunda velosipedçilərin təhlükəsizliyinin artırılması istiqamətində yeni addımlar atılıb.

Avtosfer.az xəbər verir ki, “Nizami” metrostansiyasının qarşısı da daxil olmaqla ərazidə daha 4 kəsişmədəki svetoforlara velosiped bölmələri quraşdırılıb. Mikromobilliyin inkişafı istiqamətində görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsinin Bəsti Bağırova, Əli bəy Hüseynzadə və Salatın Əsgərova küçələri ilə kəsişmələrində, həmçinin Şıxəli Qurbanov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsindəki mövcud svetoforlara ümumilikdə 8 ədəd velosiped bölməsi əlavə olunaraq istifadəyə verilib.

Qeyd edilib ki, LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
2
avtosfer.az

3Mənbələr