EN

“Turan Tovuz“un qapıçısı Tacikistan millisinə dəvət alıb

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Turan Tovuz" Futbol Klubunun qapıçısı Tacikistan millisinə dəvət alıb.

Moderator.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün yığma komandanın heyətini açıqlayıb:

"Martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına qapıçımız Oleq Baklov da dəvət alıb".

Qeyd edək ki, 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin "A" qrupunda Tacikistan və Filippin yığmaları arasında altıncı turun oyunu martın 31-də baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
7
moderator.az

9Sources