AZ

“Turan Tovuz”un futbolçuları milli komandalarda

Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün yığma komandanın heyətini açıqlayıb.

Apasport.az xəbər verir ki, martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına "Turan Tovuz"un qapıçısı Oleq Baklov da dəvət alıb.

2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin A qrupunda Tacikistan və Filippin yığmaları arasında altıncı turun oyunu martın 31-də keçiriləcək.

"Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama millisinə dəvət alıb. Futbolçu milli komandanın Cənubi Afrika Respublikasında keçirəcəyi təlim-məşq toplanışın iştirak edəcək. Panama millisi 27 və 31 mart tarixlərində Cənubi Afrika Respublikası milli komandası ilə 2 yoxlama görüşü keçirəcək.

"Mingəçevir"də ayrılıq

Yarımfinal mərhələsinin cavab oyunlarının tarixi bəlli oldu

Mirbağır İsayev məşqçilərlə ilk görüşünü keçirib

AFFA-dan "Mingəçevir"ə ciddi cəza

AFFA yenə "Neftçi"ni cərimələdi: BU DƏFƏ 8 MİN

Seçilən
16
7
apasport.az

8Mənbələr