EN

Bu energetik içkini almayın Təhlükəli maddə aşkarlandı FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olan “DBL Drink Diblong” əmtəə nişanlı (20.07.2025 – 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. 

Avtosfer.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Qeyd edilir ki, faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
50
29
avtosfer.az

10Sources