EN

Dünya Yaxın Şərqdə yeni miqrasiya fəlakətinə hazır deyil

ain.az, Reyting.az saytına istinadən bildirir.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) direktoru Lukas Gerke bildirib ki, humanitar qruplar ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən böhrana hazırlaşırlar.

Reyting.az xəbər verir ki, Livanda bir milyondan çox insan məcburi köçkün düşüb və əsasən suriyalılar olan təxminən 100.000 insan Suriyaya qaçıb. BMQT-nin proqnozlarına görə, burada tezliklə 250.000 qaçqın üçün ərzaq və tibbi yardıma ehtiyac olacaq.

İranın daxilində döyüşlər təxminən 55.000 mülki tikilini, o cümlədən 30.000 evi dağıdıb və insanları ölkə daxilində sığınacaq axtarmağa məcbur edib. BMQT şimala gedən yarım milyondan çox nəqliyyat vasitəsini izləyir.

Bundan əlavə, müharibə qlobal təchizat zəncirlərini pozub və maliyyələşdirmənin kəsilməsi humanitar təşkilatların işinə ciddi təsir göstərib.

L. Gerke əlavə edib ki, əldəki resurslarla nə qədər irəli getməyin mümkün olduğunu düşünmək lazımdır: "Şübhəsiz ki, bu, hər kəs üçün ciddi bir sınaqdır."

V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
reyting.az

1Sources