EN

İran ABŞ peyklərindən MƏLUMAT SIZDIRIR: Pentaqon HƏRƏKƏTƏ KEÇDİ

Pentaqon İranın ABŞ-yə məxsus peyk görüntülərini əldə etməsindən narahatdır.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa xüsusi xidmət orqanlarının ruporu hesab edilən “Intelligence Online” nəşri məlumat yayıb.

Pentaqon İranın Yaxın Şərqdəki zərbələri planlaşdırmaq üçün üçüncü tərəflər vasitəsilə Amerikanın peyk görüntülərini əldə edə biləcəyindən narahatlığını ifadə edir.

Məlumata görə, “Planet Labs” şirkəti “görüntülərin yayımlanmasında 14 günlük gecikmə” tətbiq edib ki, sənaye mənbələri bunun Pentaqonun tələbi nəticəsində baş verdiyini bildirirlər.

Nəşr qeyd edir ki, bəzi ekspertlər Tehranın təhlil qruplarının kənar proksi-serverlər vasitəsilə Amerika operatorundan məlumat axını əldə edə bildiyini müşahidə ediblər.

Aktual məlumatların toplanması İran üçün, xüsusən də gəmilər və konvoylar kimi hərəkətdə olan hədəfləri izləmək üçün son dərəcə vacibdir.

Eyni zamanda, Rusiya peyklərindən istifadə isə məhduddur. Çünki Rusiyanın bütün səyləri Ukraynadakı döyüş bölgəsinin monitorinqinə yönəlib və mövcud imkanlar İran hərbçilərinin gözlədiyi görüntüləri əldə etmək üçün kifayət deyil.

Məqalədə əlavə olaraq vurğulanır ki, Rusiyanın Tehrana yardımı daha çox radioelektron kəşfiyyatda, “Shahed” (Şahed) pilotsuz uçuş aparatı operatorlarının təlimində, eləcə də Ukraynada sınaqdan keçirilmiş texnologiya və taktikanın ötürülməsində özünü göstərir.

Lakin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlıq mərkəzlərinə məlumatların ötürülməsi C2 (komandanlıq və idarəetmə) sisteminin mərkəzsizləşdirilməsi ilə çətinləşir. Belə ki, bu sistem avtonom qərarqəbuletmə funksiyalarına malik onlarla “mini-C2” mərkəzləri yaradır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
100
interpress.az

1Sources