EN

İt əvəzinə TÜLKÜ: Qadını 200 dollar məbləğində ALDATDILAR

Çində şok hadisə: Qadına yapon şpitsi əvəzinə tülkü satıblar.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Çində bir qadın ev heyvanı alarkən ağlasığmaz fırıldaqçılıqla qarşılaşıb. Belə ki, yapon şpitsi cinsi it balası aldığını düşünən qadına əslində tülkü satılıb.

Alıcı bu heyvan üçün 140 funt sterlinq (təxminən 315 manat) və ya təxminən 200 dollar (təxminən 340 manat) ödəyib. Qadının sözlərinə görə, satıcı onu heyvanın təmizqanlı yapon şpitsi olduğuna inandırıb.

Lakin bir neçə aydan sonra “it balası” böyüdükcə qadın bəzi qəribəliklər hiss etməyə başlayıb. Heyvan it yemi yeməkdən imtina edib, heç vaxt hürməyib, burnu daha iti formaya düşüb, tükləri sıxlaşıb, quyruğu isə adi itlərlə müqayisədə xeyli uzun olub.

Qadının şübhələri parkda gəzinti zamanı daha da artıb. Digər it sahibləri onun ev heyvanının tülküyə bənzədiyini deyib, digər itlər isə ondan qorxmağa başlayıblar.

Zoopark mütəxəssisi ilə məsləhətləşdikdən sonra məlum olub ki, bu heyvan həqiqətən də ev tülküsüdür.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
85
interpress.az

1Sources