EN

Aİ 95 benzin BAHALAŞACAQ?

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

“S&P Global Platts”ın məlumatına görə, Yaxın Şərqdə müharibənin və tədarük böhranının dərinləşməsi fonunda Dubay xam neftinin qiyməti 153,25 dollara qədər yüksəlib. Beləliklə, bu göstərici Brent neftinin 2008-ci ildə qeydə alınmış 147,50 dollarlıq tarixi rekordunu üstələyib.Oman xam nefti də 147,79 dollar səviyyəsinə çataraq rekord yeniləyib. Dünya bazarında bahalaşma  Azərbaycan neftinə də təsirsiz qalmayıb.“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,09 dollar və ya 0,08 faiz artaraq 109,19 dollar olub.Bəs, dünya bazarındakı bu bahalaşma Azərbaycanın idxal etdiyi yüksək oktanlı benzinlərin qiymətinə necə təsir edəcək?Mövzu ilə bağlı Bizim.Media-ya danışan neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Azərbaycan yüksək oktanlı benzinləri-Aİ-95 və Aİ-98-i idxal edir:

 

“Nəzərə alaq ki, yarım aydan çoxdur ki, neftin qiyməti durmadan artır. Adətən neftayırma zavodları bir həftə, 10 gündən bir satdıqları neft məhsullarının qiymətində korreksiya edirlər. Çünki zavodların uzun müddət xam mal ehtiyatı yaratmaq imkanları yoxdur. Ona görə də hər yeni neft partiyası alanda qiymətlər dəyişə bilər.

Son günlərdə neftin qiymətində 40-50 faizdən çox bahalaşma var. Bu səbəbdən həm ABŞ-da, həm Avropada, həm də Asiyada benzinin qiymətində artım müşahidə edilir. Ona görə də bizim ölkəmizdə də benzinin qiymətinin artması labüddür. Bu səbəbdən də Azərbaycan idxal etdiyi benzinin qiymətinin artırılmasına gedə bilər”.Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
3
bizim.media

4Sources