EN

"Hörmüz boğazı ilə bağlı İrana güvənin"

Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyəti bölgəyə hərbi gəmilər göndərməyə çağıran ABŞ prezidenti Donald Tramp, Hörmüz boğazından neft alan ölkələrin boğazın təhlükəsizliyinə töhfə verməli olduğunu bildirib. 

 "Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Trampın çağırışları fonunda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib. 

Onun sözlərinə görə, Hörmüz boğazındakı vəziyyət artıq müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq.

Qeyd olunur ki, İran İnqilab Keşikçilərinə bağlı komandir Əli Abdullahi də ABŞ-ni sərt tənqid edərək deyib ki, Vaşinqton uğursuzluğa düçar olub və bundan sonra “İranın sürprizlərini gözləməlidir”. O, mümkün cavab addımlarının daha dağıdıcı olacağını vurğulayıb.

Həmçinin, Abdullahi region ölkələrini də xarici güclərə deyil, İrana güvənməyə çağırıb.

Ayxanım Məlikova

Chosen
26
unikal.az

1Sources