EN

Bu hallarda vətəndaşlar işdən məcburi azad ediləcəklər

Bakı. Trend:

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinəxitam verilməsinin əsaslarına əlavələr ediləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin bu gün keçirilən videokonfrans formatında iclasındamüzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və yaistəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda daxitam veriləcək:

  • tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkolojixəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyətinəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsiilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və yabelə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründətibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olmasımüəyyən edildikdə;
  • işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillərolan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habeləəhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi,ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər işyerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əməkmüqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərinəməyindən istifadə olunmasına yol verilməyən hallarda.
Chosen
60
8
az.trend.az

10Sources