EN

Əraqçi: Siyasi sistemimiz sarsılmazdır

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın siyasi sistemi davamlıdır və İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin ölümü onun sabitliyinə təsir göstərməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.

"İran İslam Respublikası formalaşmış siyasi, iqtisadi və ictimai institutları olan möhkəm və dayanıqlı siyasi sistemə malikdir. Hər hansı bir şəxsin varlığı və ya yoxluğu bu strukturu sarsıtmağa qadir deyil", — deyə o, "Al Jazeera" telekanalına müsahibəsində Laricaninin ölümünü şərh edərkən bildirib.

Əraqçi qeyd edib ki, sistemdə ali rəhbərdən daha vacib fiqur yoxdur, lakin hətta onun (əvvəlki rəhbərin) vəfatından sonra da hər şey fəaliyyətini davam etdirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
icma.az

2Sources