EN

ABŞ-nin İranla müharibə xərcləri 1 trilyon dolları keçə bilər – “The Intercept”


Döyüşlər uzanarsa, ABŞ-nin İrana qarşı hazırkı hərbi kampaniyası 1 trilyon dollara başa gələ bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Intercept” qəzeti ekspertlər tərəfindən aparılan hesablamalara, həmçinin, açıq mənbələrdəki hərbi xərclər haqqında məlumatlara istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, təkcə əməliyyatın ilk iki həftəsində büdcə xərcləri artıq 12 milyard dollara çatıb.
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett təsdiqləyib ki, ABŞ İsraillə birlikdə İrana zərbələr endirməyə başlayandan bəri təxminən 12 milyard dollar xərcləyib.
Nəşr qeyd edib ki, trilyon dollarlıq rəqəm əməliyyatın uzunmüddətli mərhələyə qədəm qoyması və təkcə intensiv raket zərbələrinin deyil, həm də potensial yerüstü müdaxilələrin davam etməsi ilə bağlı proqnozlara əsaslanır.
Chosen
39
yeniavaz.com

1Sources