Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva Azərbaycanın bu gün beynəlxalq müstəvidə artan nüfuzundan və həyata keçirilən siyasətdən bəhs edib.
QHT.az xəbər verir ki, o bildirib ki, Azərbaycan həm gücünü, həm də sülhsevər mövqeyini dünyaya nümayiş etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyev beynəlxalq tribunalarda çıxışlarında daim dövlətlərin suverenliyinə, təhlükəsizliyinə, milli dəyərlərinə və xalqlarına hörmət prinsiplərini ön plana çəkir.
"Ölkənin inkişafı və əldə etdiyi uğurlar fonunda bəzi xaricdə yaşayan şəxslər tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir:
"Azərbaycanlı olmaqla yanaşı, vətəndaşlıq və vətənpərvərlik məsuliyyətini də üzərlərinə götürmək istəmirlər. Sonda səbr kasası dolur və nəticə göz önündə olur. Atalarımız demişkən, “özgə payı pay olmaz, olsa da vaxtında olmaz”, “özgənin çırağının işığı yalnız öz dibini işıqlandırar”. Xaricdə oturaraq ölkəmizin nüfuzuna, dövlət rəhbərinə və onun ailəsinə qarşı əsassız fikirlər səsləndirənlərə qarşı cəmiyyətin münasibəti sərt olur. Azərbaycan xalqının humanistliyi onun dəyərlərinə və şəxsiyyətinə toxunulana qədər davam edir".
Pərvanə Fərhadqızı