EN

Liverpul küçələrində Qalatasaray atəşfəşanlığı Video

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video

"Qalatasaray" azarkeşləri növbəti dəfə fərqlilikləri ilə diqqət çəkiblər.

QOL.az xəbər verir ki, Türkiyə klubunun fanatları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Liverpulla keçiriləcək cavab oyunu öncəsi Mersisayd küçələrində möhtəşəm görüntülər yaradıblar. Cəza səbəbindən bu gün keçiriləcək oyuna buraxılmaycaqlarına baxmayaraq, onlar məşəllər və atəşfəşanlıqla komandalarını qarşılayıblar.

UEFA daha əvvəl Turində "Yuventus"la oyundakı insidentə görə “Qalatasaray” azarkeşlərinin səfər bileti almasını qadağan etmişdi. Həmin matçda fanatların meydançaya yad əşyalar və məşəllər atdığı, həmçinin rəqib azarkeşlərə xəsarət yetirdiyi bildirilmişdi.

Xatırladaq ki, "Liverpul" - "Qalatasaray" oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaqş  Bu komandaların ilk görüşündə İstanbul təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
1
qol.az

2Sources