EN

Bodo Qlimt in baş məşqçisindən vida açıqlaması

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması

"Bodo-Qlimt"in baş məşqçisi Kyetil Knutsen Çempionlar Liqasında mübarizəni dayandırmaqları haqda danışıb.

QOL.az xəbər verir ki, onun komandası 1/8 finalın ilk matçında "Sportinq"ə 3:0 hesabı ilə qalib gəlsə də, ötən gün cavab görüşündə 0:5 hesabı ilə uduzub. Bununla da Norveç təmsilçisi ÇL-lə vidalaşıb.

Knutsen oyundan sonra açıqlamasında deyib: "Biz oyun oynamadıq. Fürsətlər yarada bilmədik. "Sportinq" oyundan bir anlıq belə qopmadı. Onları oyundan başqa heç nə maraqlandırmırdı. Biz isə ilk toxunuşdan nəticələrini düşünürdük. Bu, bizi passiv etdi. Niyə belə olduğumuzu dəqiq deyə bilmərəm. Amma yalnız qısa müddət ərzində böyük işlər görə bildik".

Qeyd edək ki, "Bodo-Qlimt" cari mövsüm Liqa mərhələsində uğurlu nəticə göstərərək pley-offa adlamağı bacarmış və burada "İnter"i mübarizədən kənarlaşdırmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
2
qol.az

3Sources