Bakı.Trend:
Ötən gün Azərbaycanda Torpaq çərşənbəsi qeyd edilib. İnsanlarmüxtəlif ərazilərdə tonqal qalayaraq ətrafına toplaşıb, çərşənbəniqeyd ediblər. Bununla yanaşı bəzi tonqallar yanğın hadisəsinə dəsəbəb olub.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Fövqəladə HallarNazirliyindən (FHN) bildirilib ki, 17.03.2026-cı il tarixindəçərşənbə tonqalı ilə bağlı 7 yanğın hadisəsinə çıxış olub.
Nazirlikdən qeyd edilib ki, yanğınlar Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri tərəfindən qəsa müddətdə söndürülərək ətrafərazilərə yayılmasının qarşısı alınıb.