EN

Sabah hava necə olacaq?

Bakı. Trend:

Martın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatınaəsasən, gündüz bəzi yerlərdə havanın az çiskinli olacağı ehtimalıvar. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunudan 761 mm civə sütununa enəcək.Nisbi rütubət gecə və gündüz 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağıehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti,dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

Məqalədə:
Chosen
21
49
az.trend.az

10Sources