ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1995-ci ildə təsis edilmiş "BYD" o vaxt yalnız avtomobil batareyası istehsal edirdi. Şirkət avtomobil istehsalına 2003-cü ildə girişdi. 2008-ci ildə isə ilk avtomobilini ərsəyə gətirdi.
Avtosfer.az xəbər verir ki, həmin ildə Detroytda "BYD" S8 təqdim edilir. Şirkətin məqsədi onu ABŞ və Avropada satmaq idi.
Lakin elə təqdimatdaca məlum oldu ki, şirkət ilk işini Avropa bazarına çıxara bilməz. Çünki maşın “Mercedes” ilə “Renault Megane”ın “calağıdır”. Daha doğrusu maşının qabaq hissəsi “Mercedes-Benz CLK”, arxa hissəsi və salonu isə 2002-2009-cu illərdə istehsal edilmiş kabriolet “Renault Megane”dır. Maşın Avropaya bircə ədəd gətirilsə şirkəti sanballı cərimə gözləyirdi.
İstehsalına 2009-cu ildə başlanan model 2 ildə cəmi 113 ədəd istehsal edildikdən sonra buraxılış dayandırıldı.
Vüqar



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.