EN

"Fənərbaxça" "Yuventus"un hücumçusu üçün hərəkətə keçdi

Bakı. Trend:

“Fənərbaxça” yeni mövsüm üçün heyətini daha yüksək səviyyəliforvardla gücləndirmək istəyir.

Trend Türkiyəmətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi“Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

Türkiyə klubunun rəhbərliyi hazırda serb futbolçunun agenti ilədanışıqlar aparır. Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cıil iyunun 30-na qədərdir. Onun “Fənərbaxça”ya keçib-keçməyəcəyimövsümün sonunda bəlli olacaq. Çünki forvarda bir çox ölkəklublarından cəlbedici təkliflər var.

Duşan “Partizan” və “Fiorentina”da oynadıqdan sonra 2022-ci ildəTurin klubuna keçmişdi.

Chosen
40
3
az.trend.az

4Sources