Suriyanın paytaxtı Şamda spirtli içkilərin satışı məhdudlaşdırılıb. Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Suriya hökumətə qərar qəbul edib. Bundan sonra yalnız “Bab Touma”, “Qassaa” və “Bab Sharqi” kimi xüsusi lisenziyaya malik olan mağazalar spirtli içkilərin satışı ilə məşğul ola biləcək. Hazırda fəaliyyət göstərən satış məntəqələrinə isə əllərindəki məhsulu satmaq üçün 3 ay vaxt verilib. Yeni qanuna görə, spirtli içkilər satan mağazalar məscidlərdən, kilsələrdən, məktəblərdən və məzarlıqlardan müəyyən qədər uzaq məsafədə yerləşməlidir. Hökumət bu addımı ictimai əhval-ruhiyyəni qorumaq və sosial qaydaları təmin etmək məqsədi ilə atıb.