EN

MAQATE: İranda Buşehr Atom Elektrik Stansiyasına raket zərbəsi endirib

İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) 17 mart axşamı ölkənin cənub-qərbində, eyni adlı şəhərin yaxınlığında yerləşən Buşehr Atom Elektrik Stansiyasına raket zərbəsi endirdiyi barədə məlumat verib.

Herbiand.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı olan Tasnim xəbər agentliyi hadisə barədə 18 mart çərşənbə günü məlumat verib.

Agentliyin məlumatına görə, itki olmayıb.

Daha əvvəl, işçiləri Buşehr Atom Elektrik Stansiyasında yeni qurğuların tikintisi üzərində işləyən Rusiyanın dövlət korporasiyası Rosatom, Buşehr Atom Elektrik Stansiyasına naməlum bir raket zərbəsi endirildiyini açıqlayıb. "Moskva vaxtı ilə saat 18:11-də raket Buşehr Atom Elektrik Stansiyasının ərazisində, işləyən enerji blokuna yaxın ərazidə yerləşən metrologiya xidməti binasına bitişik əraziyə düşüb", - Rosatom açıqlamasında bildirib.

MAQATE vurğulayıb ki, raket zərbəsi nüvə elektrik stansiyasına radiasiya sızması və ya digər ziyan vurmayıb. Agentliyin baş direktoru Rafael Qrossi nüvə qəzasının qarşısını almaq üçün münaqişə tərəflərinə (İran, ABŞ və İsrail) maksimum təmkinlilik çağırışını təkrarladı.

Chosen
16
herbiand.az

1Sources