EN

“Qarabağ”la “Sabah”ı sevindirəcək, “Neftçi”ni məyus edəcək xəbər

Bu gün Misli premyer-liqasında 25-ci tura start veriləcək.

“Football-plus.az”ın məlumatına görə, komandaların cəzalı futbolçularının olub-olmaması haqda məqama aydınlıq gəlib.

Belə ki, “Neftçi”dən Elvin Bədəlov, “Araz-Naxçıvan”dan Coşqun Diniyev, “Sumqayıt”dan Abdul Raşid Momini vərəqə limitini aşdığına görə qarşıdakı matçı buraxmalı olacaq. Qalan komandalardan, xüsusən çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Sabah”dan hansısa futbolçu cəzalı durumda deyil.

Xatırladaq ki, 25-ci turun matçları martın 18-21-i aralığında keçiriləcək.

KƏNAN BAHADIR

Chosen
22
1
football-plus.az

2Sources