EN

“Ona demişdim ki, get tualetdə oxu, səsin eşidilməsin” - Telekanallarda “qısa qapanma”

“Təxminən il yarım bundan qabaq bəzi verilişlərin yayımının dayandırılacağı,  televiziyalardan islahatların aparılacağı deyilirdi. Onda bildirmişdim ki, burada bəzi məqamlara diqqət yetirmək lazımdır. Çünki dövlətin maliyələşdirdiyi 4 televiziya kanalı (İTV, Az TV, İdman TV və Mədəniyyət TV) var. Digərləri isə özləri özlərini maliyələşdirir”.

Bunu “Yeni Sabah”a jurnalist Anar Vəziroğlu deyib.

Onun sözlərinə görə, dövlətin maliyə dəstəyi göstərdiyi kanalların heç birində şou-proqram və ya reytinq göstəricilərinin yüksək olması tələb olunmur:

“Həmin kanallara onsuz da vəsait ayrılır. Digər kanallar isə pulu özü qazanmalıdır. Bu gəlir də reklam və reytinq hesabına əldə edilir. Həmin tələb qarşısında heç kəs “necə dolanım” sualına cavab verə bilmir. Deyirlər ki, əmr belədir. Televiziya rəhbərləri də həmin əmrlər qarşısında acizdir.

Artıq 1 ildən çoxdur ki, bəzi verilişlərə qatılmıram. Çünki aparıcılar efirdə heç kəsə danışmaq imkanı vermir. Onların bildiyi yeganə şey özlərinin danışmasıdır.

Xoşqədəmin verilişində mikrafonu yerə qoyub çıxdım. Bir daha oralarda olmayacağam. Camaat deməz ki, ekspert kimi efirlərə çıxırsan, amma ağzını açmırsan...

Bu şəraiti də aparıcılar üçün kanalın rəhbəri yaradır. Aparıcı kimdir ki, televiziya rəhbərinin əksinə getsin. Televiziyaları ağıllandıran adamlar lazımdır”.

A.Vəziroğlu efirlərdə yayımlanan verilişlərin hamısının Rusiya və Türkiyə proqramlarının təkrarı olduğunu bildirib:

“Bizim televiziyalarda layihə hazırlamaq kimi bir bacarıq yoxdur. Hamısı kopyalamadır. Bunu nizama salmağı, layihə verməyi bacarmalısan. Lakin layihəyə də qiymət, pul verən yoxdur.

Televiziya aparıcılarının heç biri kasıb deyil. Hamısı reklamların hesabına gəlir əldə edirlər. Əvvəllər telekanallara reklam verilişə görə verilmirdi. İndi birbaşa deyirlər ki, məhsulum Xoşqədəmin, Zaurun və ya Elgizin verilişində təbliğ olunsun".

A.Vəziroğlu təkcə televiziyalar deyil, sosial şəbəkələrdə də vəziyyətin oxşar olduğunu qeyd edib:

"O gün Rəqsanə İsmayılova cinsi azlığı olan şəxslə ortalığa çıxmışdı. Utanmır, yerə girmir... Nəvəsi də var. Bu insanlar nə qədər abırsız olub. Elza Seyidcahan da özünü müğənni hesab edir. Ona demişdim ki, oxuyansan, lap yaxşı, get tualetdə oxu, heç kim səsini eşitməsin.

İslahatlar gec-tez baş tutmalı idi. Lakin qorxuram ki, onların yerinə daha da betərləri və abırsızları gəlsin.

Yenə də düşünürəm ki, əgər, dövlət bu kanalları maliyələşdirmirsə, onların qarşısına heç bir tələb qoymamalıdır. Özləri öz pullarını qazanırlarsa, reytinq üçün də çalışmalıdırlar. Lakin bu reytinqləri artırmaq üçün ortalığa səviyyəli verilişlər də çıxartmaq olar.

Elgiz efirdən getdi, onunla birlikdə bütün sponsorlar da kanaldan getdi. Görün nə günlərə qaldıq”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
18
yenisabah.az

1Sources