EN

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Memarlar İttifaqı əməkdaşlıq imkanlarını müzakirə etdi

17 Mart, 2026-cı il tarixində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib və Fondun prezidenti, professor xanım Aktotı Raimkulova ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Türk dünyasının dahi memarı Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası istiqamətində birgə tədbirlərin davam etdirilməsi müzakirə olunub.

Bu xüsusda, sözügedən əlamətdar tarixin qeyd olunması çərçivəsində hələ 2025-ci ilin 15 dekabr tarixində Fond və Azərbaycan Memarlar İttifaqı tərəfindən “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın (Azərbaycan, rus, ingilis dillərində) çap olunması, onun təqdimatının Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında baş tutması, o cümlədən görkəmli memarın zəngin yaradıcılıq irsini əks etdirən sərginin təşkil olunması böyük uğur kimi qiymətləndirilib.

Sözügedən kitabın yaxın zamanda Azərbaycanda geniş ictimaiyyətə təqdim olunması barədə razılığa gəlinib.

Chosen
81
3
publika.az

4Sources