EN

Nazirliyin eksperti: Ət yeyin

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“İnsan orqanizmi üçün ət əsas protein mənbəyidir və onu yalnız bitki mənşəli proteinlərlə əvəz etmək tövsiyə edilmir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlı yayım zamanı deyib. Həkim qeyd edib ki, vegetarianlıq fərqli bir qidalanma üsuludur:

“Bu hər kəs üçün uyğun olmaya bilər. Heyvan mənşəli qidalar, xüsusilə ət məhsulları, orqanizm üçün vacib protein və minerallar verir. Ətdəki minerallar bədən tərəfindən bitkilərə nisbətən daha yaxşı mənimsənilir. 

Tövsiyə olunur ki, balıq və quş ətinə üstünlük verilsin, mümkün qədər orqanik məhsullar seçilsin. Qırmızı ət isə həftədə ən az bir dəfə qəbul olunmalıdır. Sağlam qidalanma həm protein və mineralların düzgün qəbulu, həm də balanslı seçimlə mümkündür”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
1
cebheinfo.az

2Sources