2-ci Liqanın 18-ci turunda "Göygöl"ü qəbul edən "Qaradağ Lökbatan" 7:0 hesablı qələbə qazandı. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb darmadağını şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əsas məqsədimiz ilk dəqiqlərdən qol vurmaq idi. Birinci yarıda rəqib qapısına yol tapmaq və ikinci hissədə daha rahat oynamağı hədəfləmişdik. Eləcə də fasilədən sonra oyun praktikasından əziyyət çəkən bəzi futbolçularımıza şans vermək niyyətindəydik. Oyuna yaxşı başladıq və demək olar ki, 90 dəqiqə topa nəzarət etdik. Hər şey planauyğun alındı. İlk yarıda qollarımızı vurduq, ikinci hissəyə rahat başladıq. Rəqib də ara-sıra əks-hücumlar edirdi. Lakin müdafiəçilərimizin diqqətli oyunları sayəsində qol buraxmadıq. Komandamı, rəhbərliyi, bizim uğurumuza sevinən hər kəsi təbrik edirəm. Hələ yol uzundur. Çempionluq uğrunda mübarizəmizi davam etdirəcək, daha keyfiyyətli futbolla qələbələr qazanmağa çalışacağıq".
Toğrul