EN

İSRAİL Litani çayı üzərindəki körpünü vurdu – VİDEO

İsrail ordusu (ÇAXAL) Livanın cənubunda yerləşən Litani çayı üzərindəki körpüyə zərbə endirib.

NOCOMMENT.az xəbər verir ki, bu addım bölgədəki hərbi gərginliyin daha da kəskinləşməsinin göstəricisidir.

Bundan əvvəl ÇAXAL-ın ərəbdilli rəsmi nümayəndəsi Avixay Edri Livanın cənubundakı Litani çayı üzərindən keçən körpü və keçidlərin hədəf alınacağı barədə xəbərdarlıq etmişdi. Zərbələrin əsas məqsədi “Hizbullah” tərəfindən bölgəyə əlavə qüvvə və silah-sursat daşınmasının qarşısını almaqdır.

Mülki şəxslərə öz təhlükəsizlikləri üçün Zahrani çayından şimala doğru təxliyə olunmaq və cənub istiqamətində hərəkət etməmək barədə ciddi tapşırıq verilib.

Sara,
NOCOMMENT.az

Chosen
124
nocomment.az

1Sources