İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfıra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub, elektrik sistemində pozuntulara səbəb olub.