EN

Hikmət Hacıyev fransalı həmkarları ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Parisdə fransalı həmkarları ilə görüş keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Prezident İlham Əliyev ilə Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə prezidentin diplomatik müşaviri Bonn və digər fransalı həmkarlarla məhsuldar görüşüm oldu. Biz ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə fikir mübadiləsi apardıq”, – deyə Hacıyev qeyd edib.

Chosen
21
4
nocomment.az

10Sources