EN

İrana zərbələrdən sonra neft yenidən bahalaşıb

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

ABŞ və İsrailin İranın neft və qaz obyektlərinə zərbələri və Tehranın qisas təhdidlərindən sonra neft və təbii qazın qiyməti kəskin şəkildə yüksəlib.

Reyting.az “Bloomberg”-ə istinadla bildirir ki, Brent markalı xam neftin qiyməti 5 faiz artaraq barel üçün 108,60 dollara çatıb. Ticarət məlumatlarına görə, bu arada, Avropa qaz etalonu 7,9 faiz artıb.

İranın “Tasnim” xəbər agentliyi 18 martda İsrail və ABŞ-ın İranın cənubundakı Esalouyeh və Cənubi Pars neft və qaz obyektlərinə zərbələr endirdiyini bildirib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
3
reyting.az

5Sources