EN

Rusiyada miqrantlara yeni zərbə: 18 yaş tamam oldu, çıx get!

Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində yeni addım atılıb.

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Duması miqrantlarla bağlı tələblərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Yeni qaydalara əsasən, miqrant ailələrinin uşaqları 18 yaşına çatdıqdan sonra ölkəni tərk etməyə məcbur olacaq. Bu qərar ölkədə yaşayan xarici vətəndaşların hüquqi statusuna yenidən baxılması çərçivəsində tətbiq ediləcək.

Qanun layihəsində alternativ variant da nəzərdə tutulub. Belə ki, 18 yaşına çatan şəxslər ölkədən çıxmaq əvəzinə, 30 gün ərzində əmək fəaliyyəti üçün patent rəsmiləşdirə biləcəklər. Bu müddətdə sənədlər hazırlanmadığı halda, onların Rusiyada qalması qeyri-qanuni hesab olunacaq və məcburi çıxarılma proseduru tətbiq ediləcək.

Yeni təşəbbüsün əsas məqsədinin əmək bazarına nəzarəti gücləndirmək və qeyri-qanuni miqrasiyanın qarşısını almaq olduğu bildirilir.

 

Musavat.com

Chosen
45
1
musavat.com

10Sources