EN

Xroniki Yanğın: Emin Mehdiyevin xüsusi yanğın təhlükəsizliyi qaydaları

Şimal bölgəsində yaşayan insanlara müəssisələrdə, obyektlərdə, binalarda yanğın təhlükəsizliyi qaydalarına nəzarətin mövcud durumu məlumdur. Bu istiqamətdəki ən real mənzərə baş verən yanğın hadisələri zamanı daha bariz şəkildə üzə çıxır. Bölgənin əksər yaşayış məskənlərində, iaşə obyektlərində yanğınsöndürmə vasitələri, təxliyyə planları və fövqəladə çıxışlar yoxdur. Aspirasiya və havalandırma sistemlərinin təmiz və işlək olmaması, elektrik naqillərinin yanmaya davamlı olmaması və digər yanğın təhlükəsizliyi qaydalarının acınacaqlı durumda olması da bu vəziyyətin real mənzərəsini əks etdirən məqamlardandır.

Qaz sistemlərindəki təhlükəsizlik qaydalarının qurbanları isə bu səssiz ölümün qurbanı olan insanlardır. Qaz sızması üçün mütəmadi yoxlamaların aparılmaması və yaxud bu yoxlamaların formal qaydada, yəni sənəd üzərində, statistika xətrinə həyata keçirilməsi hər il onlarla bədbəxt hadisənin yaşanmasına səbəb olur. FHN-nin Şimal Regional Mərkəzinin Dövlət Yanğın Nəzarəti Xidmətinin nə vaxtsa bu sahədə səmərəli və əsaslı yoxlama aparması və hansısa nöqsanları aşkar edərək bu bədbəxt hadisələrin önünü kəsməyə cəhd etməsini heç zaman görməmişik. Sözügedən qurumun, yəni FHN-nin Şimal Regional Mərkəzinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Emin Mehdiyevin bu postdakı səmərəsiz və axsayan, dırnaqarası fəaliyyəti isə bu sahədə bundan əvvəl formalaşdırılan qənaətbəxş durumu günü-gündən daha da bərbad vəziyyətə salır.

Hazırda FHN-nin Şimal Regional Mərkəzinin Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyət sferasını praktik olaraq iki hissəyə ayırmaq və yaxud təqdim etmək olar. Birinci və əsas istiqamət sənədləşmə, statistika və formal yoxlamalar ənənəsidir. Nə olursa olsun, sənəd üzərində hər şey zirvədə və mükəmməl durumda görünməlidir. Bu formal fəaliyyətin arxasında isə razılaşdırılaraq tətbiq edilən illik cərimələr və olduqca faydasız formada aparılan maarifləndirmə tədbirləri yer alır. Şəkil çəkilib protokola əlavə edilmək üçün, və yaxud xidmətin nazirlik nəzdindəki varlığını və hərəkətliliyini göstərmək üçün lazım olan formal cərimələr. Minnətlə təyin edilən bu cərimələr mərkəzin xidmətə olan dayanıqlı iradəsini əks etdirir. Amma burada cəriməni yazanda məmnundur, yazılanda…

Emin Mehdiyevin rəhbərlik etdiyi FHN-nin Şimal Regional Mərkəzinin Dövlət Yanğın Nəzarəti Xidmətinin tətbiq etdiyi bu cərimələrin əsas subyektləri isə adətən təhsil müəssisələri və uşaq bağçalarıdır. Böyük restoranlar və digər iaşə obyektləri isə təbii ki, bu iradə ilə qarşılaşmır. Bu sahədə Emin Mehdiyevin üslubu dəyişir, iradəsi şam kimi əriyir. Nəticədə ortaya korrupsiyalaşmış iş birliyi və digər iddialar çıxır. Bu sahədəki qanun pozuntularına göz yumulması və böyük cərimələrin tətbiq edilməməsi müqabilində iş adamlarının, sahibkarların boynuna mütəmadi maddi mükəlləfiyyət qoyulması da həmin iddialardan biridir. Yəqin hansı mükəlləfiyyətlərdən danışıb söz açmağa çalışdığımız Emin Mehdiyevə və onun rəhbərlik etdiyi qurumun digər əməkdaşlarına yaxşı məlumdur.

Chosen
61
7times.az

1Sources