EN

Aldığı zədə karyerasını bitirə bilər

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aldığı zədə karyerasını bitirə bilər

Danimarka millisinin və "Seltik"in təcrübəli qapıçısı Kasper Şmeyxel karyerasını bitirmək təhlükəsi ilə üz-üzə qalıb.

QOL.az xəbər verir ki, "CBS Sports Golazo Network" telekanalına müsahibə verən 39 yaşlı qolkiper çiyin nahiyəsindən aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb. Avropa Liqasının "Ştutqart"la matçında zədəsini ağırlaşdıran Şmeyxelin müayinəsi ən pis ssenariləri təsdiqləyib. Futbolçunun çiyin oynağında ciddi yırtıqlar və çıxıq aşkarlandığından, o, iki dəfə əməliyyat olunmalıdır.

Bərpa prosesinin 10-12 ay çəkəcəyini bildirən Şmeyxel bu zədənin onun peşəkar karyerasındakı son nöqtə ola biləcəyini etiraf edib: 

"Bəlkə də karyeramın son matçını artıq oynamışam. Doğulduğum gündən bəri futbolun içindəyəm, ona görə də bu barədə düşünmək çox ağırdır. Amma geri qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Əgər bu zədədən sonra qayıda bilsəm, bu, karyeramın ən böyük nailiyyətlərindən biri olar".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
2
qol.az

3Sources