AZ

Aldığı zədə karyerasını bitirə bilər

Danimarka millisinin və "Seltik"in təcrübəli qapıçısı Kasper Şmeyxel karyerasını bitirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bizim.Media xəbər verir ki, "CBS Sports Golazo Network" telekanalına müsahibə verən 39 yaşlı qolkiper çiyin nahiyəsindən aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
 

Avropa Liqasının "Ştutqart"la matçında zədəsini ağırlaşdıran Şmeyxelin müayinəsi ən pis ssenariləri təsdiqləyib. Futbolçunun çiyin oynağında ciddi yırtıqlar və çıxıq aşkarlandığından, o, iki dəfə əməliyyat olunmalıdır.


Bərpa prosesinin 10-12 ay çəkəcəyini bildirən Şmeyxel bu zədənin onun peşəkar karyerasındakı son nöqtə ola biləcəyini etiraf edib:

"Bəlkə də karyeramın son matçını artıq oynamışam. Doğulduğum gündən bəri futbolun içindəyəm, ona görə də bu barədə düşünmək çox ağırdır. Amma geri qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Əgər bu zədədən sonra qayıda bilsəm, bu, karyeramın ən böyük nailiyyətlərindən biri olar".

Bizim.Media

Seçilən
20
2
bizim.media

3Mənbələr