İsrail Xəzər dənizində İranın raket gəmilərini vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios jurnalisti Barak Ravid İsrail rəsmisinə istinadən məlumat verib.
İranın Xəzər dənizi sahilində yerləşən liman şəhəri Bəndər-Ənzəlidə, İsrail Hərbi Hava Qüvvələrinin bölgədə zərbələr endirməsi fonunda bir neçə partlayış baş verdiyi bildirilir.
Hadisənin digər detalları açıqlanmayıb./Oxu24.com/