EN

Bu üsulla Ginnesin rekordlar kitabına düşdü

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniyada Sina Ruppental adlı qadın gücünün və çevikliyinin sayəsində adını Ginnesin rekordlar kitabına saldıra bilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 37,44 saniyə ərzində 10 kişini çiyninə qaldıraraq kənara tullayıb.

Proses rekordlar kitabının rəsmiləri tərəfindən canlı izlənib və lentə alınıb. Rekord rəsmiləşdikdən sonra isə videogörüntü rəsmi sosial şəbəkə hesabında paylaşılıb.

Qeyd edək ki, Sinanın tulladığı kişilərin çəkisi barədə məlumat verilməsə də, onların aqibəti bəllidir. Təhlükəsizlik tədbirləri görüldüyündən onların heç biri xəsarət almayıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
73
525.az

1Sources