EN

Qətər iki iranlı attaşeni “persona non qrata” ELAN ETDİ

Qətər iki iranlı attaşeni “persona non qrata” elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qətər dövləti İranın bu ölkədəki səfirliyinin hərbi və təhlükəsizlik məsələləri üzrə attaşelərini, habelə onların ofislərində çalışan əməkdaşları arzuolunmaz şəxs (persona non qrata) elan edib.

Rəsmi Doha iranlı diplomatlardan 24 saat ərzində ölkə ərazisini tərk etməyi tələb edib.

Qətər Xarici İşlər Nazirliyinin Protokol Departamentinin direktoru İbrahim Yusif Faxro ilə İranın səfiri Əli Salehadi arasında keçirilən görüşdə müvafiq rəsmi nota qarşı tərəfə təqdim olunub.

Bildirilir ki, bu addım İranın Qətərin suverenliyini və təhlükəsizliyini pozan təkrarlanan hücumlarına, o cümlədən strateji təbii qaz obyektlərinə endirilən zərbələrə cavab olaraq atılıb.

Nazirlik vurğulayıb ki, İran tərəfinin bu cür təcavüzkar yanaşması davam edəcəyi təqdirdə, Doha öz milli maraqlarını qorumaq üçün əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
86
3
interpress.az

5Sources