EN

Novak: Son 40 ilin ən böyük energetika böhranı yaşanır

Hazırda son 40 ilin ən böyük enerji böhranını yaşayırıq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

A.Novak hazırkı qlobal vəziyyəti şərh edərək bildirib ki, hazırda dünya son 40 ilin ən iri energetika böhranı ilə üz-üzədir.

Onun sözlərinə görə, bu böhran enerji resurslarının tədarük zəncirində ciddi qırıqlara səbəb olub.

Baş nazirin müavini vurğulayıb ki, bu gün dünya üzrə neft hasilatının təxminən 20%-nin bazara çıxarılması və tədarük edilməsi imkanı yoxdur.

Bu isə qlobal enerji bazarında qeyri-sabitliyin artmasına və qiymətlərin kəskin tərəddüdünə yol açan əsas amillərdən biri kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
102
interpress.az

1Sources