EN

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiya İranla hərbi və kəşfiyyat əməkdaşlığını genişləndirir. Moskva Tehranı peyk dəstəyi, dronların istifadəsi və əməliyyat taktikaları ilə təmin edir”.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” qəzeti çıxış edib.

Məlumata görə, Rusiya Yaxın Şərqdəki yaxın müttəfiqi İranın ABŞ və İsrailə qarşı fəaliyyətini dəstəkləmək istəyir. Bildirilir ki, Ukraynada davam edən müharibə Rusiyanın İrana verə biləcəyi yardımı məhdudlaşdırsa da, indiki dəstək müharibədə mühüm rol oynayır.

Rusiya Ukrayna müharibəsində İranın “Shaheed” kamikaze dronlarından istifadə edib. Daha sonra bu dronların qabaqcıl versiyalarını istehsal edərək İrana təqdim edib. Tehran indi Rusiya texnologiyası ilə daha dəqiq hədəfləmə və naviqasiya imkanlarına malik dronlarla əməliyyatlar həyata keçirir.

Qeyd olunur ki, dronların komponentləri, hədəf və hücum taktikasına dair təlimatlar Rusiya tərəfindən İrana verilir.

Qəzet yazır ki, Rusiya həmçinin Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yerlərini Tehranla paylaşır və birbaşa peyk görüntüləri təqdim edir. Bu məlumatlar hərbi əməliyyatlar üçün kəşfiyyat rolunu oynayır və İranın İordaniya, Bəhreyn, Küveyt və Oman bölgələrindəki hədəfləri daha effektiv vurmasına imkan yaradır.

Vurğulanır ki, Tehran ötən illə müqayisədə, hədəflərə daha dəqiq hücumlar həyata keçirir. İranın taktikaları Rusiyanın Ukraynada tətbiq etdiyi strategiyalara çox oxşayır. Rusiya ilə İran arasında rəsmi hərbi ittifaq olmasa da, tərəfdaşlıq çox sıxdır və Tehran silahlarını Moskvadan alır.

Əlavə edilib ki, Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasındakı münasibətlər gərgin olsa da, Ukraynaya hücumdan sonra əməkdaşlıq daha da dərinləşib. İranın son peyk sistemləri də Rusiya tərəfindən qurulub və kosmosa buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
101
qafqazinfo.az

1Sources