EN

Yuxuda hər 90 dəqiqədən bir baş verən gizli proses

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Gecə tez-tez oyanırsınız? Bu halın səbəbi düşündüyünüz kimi olmaya bilər.Demokrat.az-ın məlumatına görə Böyük Britaniyada fəaliyyət göstərən terapevt David Gurley “Daily Mail”ə açıqlamasında bildirib ki, gecə qısa oyanmalar hər zaman yuxusuzluq demək deyil. Onun sözlərinə görə, insan orqanizmi sirkadiyal ritm adlanan daxili bioloji saatla işləyir və bu sistem yuxu ilə ayıqlıq arasında tarazlığı qoruyur.Həkim izah edib ki, bu ritm melatonin və kortizol hormonlarının ifrazını tənzimləyir. Günlük həyat 24 saatlıq rejim üzərində qurulsa da, orqanizmin daxili sistemi fərqli işləyə bilər və bu da gecə oyanmaları ilə nəticələnir.David Gurley qeyd edib ki, yuxu fasiləsiz proses deyil. O, təxminən 90 dəqiqəlik dövrlərlə davam edir və hər dövrün sonunda qısa oyanmalar baş verir. Bu mərhələlərin son hissəsi REM yuxusu adlanır. Məhz bu zaman beyin aktiv olur, yuxular görülür və insan daha tez oyanır.Həkimin sözlərinə görə, belə oyanmalar sağlam insanlar üçün normal sayılır və təhlükəli deyil. Lakin bu hal tez-tez təkrarlanır, narahatlıq yaradırsa və yuxunun keyfiyyətini aşağı salırsa, səbəb emosional gərginlik ola bilər.Ekspert əlavə edib ki, gecə oyanmalarının ən yayılmış səbəblərindən biri də tualetə getmə ehtiyacıdır. Bu vəziyyət xüsusilə yaş artdıqca daha çox müşahidə olunur. Belə hallarda sağlamlıqla bağlı riskləri istisna etmək üçün həkimlə məsləhətləşmək tövsiyə edilir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
demokrat.az

1Sources